​Ermənistan parlamenti Azərbaycan Milli Məclisinə ünvanlanmış bəyanatı qəbul etməyib

​Ermənistan parlamenti Azərbaycan Milli Məclisinə ünvanlanmış bəyanatı
15:20 02.12.2022
163 Siyasət
A- A+

Ermənistan parlamenti müxalifətin Azərbaycan Milli Məclisinə ünvanladığı bəyanatı qəbul etməyib.

“Sputnik Armenia” xəbər verir ki, müxalif “Hayastan” fraksiyasının təşəbbüsü ilə hazırlanan sənəd layihəsini səsvermədə iştirak edən 97 deputatdan cəmi 29 nəfər dəstəkləyib.

Digərləri isə bitərəf qalıb.

Səsvermədən əvvəl iqtidar və müxalifət arasında üç saatlıq danışıqlar prosesi baş tutub və gərgin müzakirələr aparılıb.

Bəyanatın mətnində olan “Dağlıq Qarabağ Respublikası”, “Artsax Respublikası”, “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ” və bir sıra başqa ifadələr hakim fraksiyanın xoşuna gəlməyib.

Mənbə: APA