​Bu marşrut xəttinin son dayanacağı dəyişdirildi

​Bu marşrut xəttinin son dayanacağı
15:50 02.12.2022
193 Sosial
A- A+

31 nömrəli marşrutun hərəkət sxemi üzrə son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, son dayanacaq məntəqəsi Səbail rayonu, Badamdar qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından dəyişdirilib.

Təmir işləri yekunlaşdırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə hərəkəti təmin ediləcək.