​Şimal bölgəsində temperatur mənfi 11 dərəcəyədək enib

​Şimal bölgəsində temperatur mənfi 11 dərəcəyədək
09:45 05.12.2022
167 Ölkə
A- A+

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.

Qubanın rayon mərkəzində qarın hündürlüyü 3 sm, Xaltan və Qrız kəndlərində 2 sm olub.

Xızının Altıağac qəsəbəsində 11 sm, Qusarın rayon mərkəzində isə 2 sm qar müşahidə olunub.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 11 dərəcəyədək enib.