​Görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi dəyişib

​Görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi
10:20 05.12.2022
166 Sosial
A- A+

Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi dəyişib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Komissiyanın üzvləri sırasına Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri də əlavə edilib.