Naxçıvan Muxtar Respublikasında Dövlət Gömrük Komitəsinin ləğv olunub yeni Baş Gömrük İdarəsinin yaradılması ilə 53,2 mln. manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi vacib hesab edilir.
Bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.
“Baş idarənin saxlanmasına 20,1 milyon manat ayrılacaq”, - deyə S.Şərofov bildirib.