​Azad edilən ərazilərdə daha 52 partlamamış hərbi sursat aşkarlanıb

​Azad edilən ərazilərdə daha 52 partlamamış hərbi sursat
13:10 05.12.2022
220 Hərbi
A- A+

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 52 partlamamış hərbi sursat aşkarlayıb.

ANAMA-dan verilən məlumata görə, noyabrın 28-dən dekabrın 2-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 4 mina və 52 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 117 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.