​"Azərbaycan və Rusiya arasında fəal dialoq var" - Ceyhun Bayramov

​
14:15 05.12.2022
167 Siyasət
A- A+

Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə aparılan danışıqların intensivliyi iki ölkə arasında fəal dialoqun sübutudur.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşün protokol hissəsində çıxışında bildirib.

Azərbaycan XİN başçısı qeyd edib ki, bugünkü müzakirələrin mühüm mövzusu münaqişədən sonrakı məsələlər və üçtərəfli razılaşmaların icrası olacaq.