​Azərbaycanda mikroavtobus qəzaya düşdü - Yaralılar var - VİDEO

​Azərbaycanda mikroavtobus qəzaya düşdü - Yaralılar var -
14:45 05.12.2022
170 Hadisə
A- A+

İsmayıllı rayonunda yol qəzası baş verib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində, İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində “Mercedes-Vito” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini Elxan Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.