Kolumbiyanın şimal-qərbindəki Pueblo-Riko bölgəsində torpaq sürüşməsi baş verib.
Məlumata əsasən, həmin vaxt yolda olan motosiklet və 25 sərnişini olan avtobus torpağın altında qalıb.
Hadisə yerinə gələn xilasedicilər axtarış işlərinə başlayıb. Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabından "9 nəfər xilas edilib, 3 nəfər həyatını itirib və ehtimal ki, 20 nəfər torpaq altında qalıb. Bu faciədir" sözlərini paylaşıb.
Milli Fəlakət Riskinin İdarə Edilməsi Bölməsi (UNGRD) ölənlər arasında 7 yaşından kiçik bir uşağın olduğunu bildirib.
Mənbə: Milliyet