​Azərbaycan və Rusiya xarici işlər nazirləri 3+3 formatını müzakirə edib

​Azərbaycan və Rusiya xarici işlər nazirləri 3+3 formatını
15:30 05.12.2022
186 Siyasət
A- A+

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşəndə 3+3 əməkdaşlıq formatı müzakirə olunub.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov Cənubi Qafqazda 3+3 əməkdaşlıq formatının bugünkü görüşdə müzakirə olunduğunu, artıq bu formatda bir dəfə görüşün keçirildiyini söyləyib. Rusiya XİN başçısı qeyd edib ki, bu formatda növbəti görüşün keçirilməsi planlaşdırılır.

Mənbə: APA