Azərbaycan və Rusiya xarici işlər nazirlərinin bugünkü görüşündə Azərbaycanın bir sıra dövlət strukturlarının sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazidə ekoloji vəziyyəti araşdırmaq üçün sülhməramlı kontingentə müraciəti müzakirə olunub.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
O, bu mövzuya danışıqlarda müəyyən vaxt ayırdıqlarını söyləyib.
Mənbə: APA