​Kolumbiyada yol sürüşməsi olub, 30-a yaxın insan həlak olub

​Kolumbiyada yol sürüşməsi olub, 30-a yaxın insan
21:00 05.12.2022
180 Dünya
A- A+

Kolumbiyanın qərbində Risaralda departamentində yol sürüşməsi nəticəsində avtobus aşıb, azı 27 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu məlumatı Cənubi Amerika ştatının rəhbəri Qustavo Petro tviterdə dərc edib.

Ölənlərdən 3-ü uşaqdır.

Qeyd edək ki, yağışlar nəticəsində yerindən çıxan daş parçaları avtobusa və bir neçə avtomobilə dəyib. Dağıntılar altında qalan avtobus və digər nəqliyyat vasitələrində olan insanların dəqiq sayı məlum deyil.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir.