​Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

​Bir ailənin dörd üzvü dəm qazından
10:30 06.12.2022
225 Hadisə
A- A+

Bərdədə dörd nəfər dəm qazından zəhərlənib.

Səttarxan küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Günel Qədirova, övladı 2005-ci il təvəllüdlü Güllü Zeynalova, gəlinləri 1991-ci il təvəllüdlü Sevinc Qədirova və onun övladı 2011-ci il təvəllüdlü Leyla Qədirli dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdiriliblər, hazırda vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.