​Qubada zəncirvari qəza baş verib, 3 nəfər xəsarət alıb

​Qubada zəncirvari qəza baş verib, 3 nəfər
13:15 06.12.2022
167 Hadisə
A- A+

Qubada üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.

Hadisə şəhərin 223-cü atıcı diviziya küçəsində qeydə alınıb.

Qəza zamanı “Faw”, “Mercedes”, “Toyota”, “Ford” və “VAZ” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində Bakı şəhər sakini - 1980-cı il təvəllüdlü Məmmədov Seymur Akif oğlu, Quba rayon sakinləri - 1970-ci il təvəllüdlü Süleymanov Tərlan Hacıqulu oğlu və 1974-cü il təvəllüdlü Xeyrullayev Rauf Qiyasəddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.