​"Biz diqqəti Müdafiə Nazirliyindən gələn məlumatlara yönəltməliyik" - Dmitri Peskov

​
14:48 06.12.2022
163 Dünya
A- A+

“Səfərbərlik mövzusunda Müdafiə Nazirliyinin və prezidentin məlumatlarını rəhbər tutmaq lazımdır”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O hesab edir ki, sosial şəbəkələrdə çoxlu təxribat xarakterli mesajlar dərc olunur.

Bildirib ki, səfərbərliyin ikinci dalğası ilə bağlı xəbərlərə diqqət yetirmək olmaz. 

"Biz diqqəti Müdafiə Nazirliyindən, prezidentdən gələn məlumatlara yönəltməliyik", - deyə o əlavə edib.

Vladimir Putin sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edib. Oktyabrın 31-də onun başa çatdığını elan edib. İkinci səfərbərlik dalğası isə planlaşdırılmayıb.

Mənbə: Kommersant