İran İnqilabı Keşikçiləri Korpusunun Beşik milislərindən 1 nəfəri öldürməkdə günahlandırılan 5 nəfərin edam cəzasına məhkum edildiyi açıqlanıb.
Bu barədə İran Ədliyyəsinin sözçüsü Məsut Setayeşi açıqlama verib.
Bu günə qədər ittiham edilən 16 nəfərdən 5-i "dünyada fitnə-fəsad törətmək" adı ilə edam cəzasına məhkum edilərkən, aralarında 3-ü 18 yaşına çatmayan 11 müttəhim isə həbs cəzasına məhkum edildi.
Mənbə: Milliyet