​“Məqsəd Ukraynanın hərbi potensialını darmadağın etməkdir” - Sergey Şoyqu

​“Məqsəd Ukraynanın hərbi potensialını darmadağın etməkdir” -
15:38 06.12.2022
168 Dünya
A- A+

“Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi potensialını darmadağın etmək üçün hərbi komandanlıq və idarəetmə sisteminə, hərbi-sənaye kompleksinə aid müəssisələrə, eləcə də əlaqəli obyektlərə uzaqmənzilli dəqiq silahlarla irimiqyaslı zərbələr endirir”.

Bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib.

Oktyabrın 10-dan Rusiya Ukrayna ərazisinə kütləvi raket zərbələri endirir. Dekabrın 5-də Ukraynada hava xəbərdarlığı elan edilib. Ukrayna şəhərlərinə də raket zərbələri endirilməsi xəbərləri yayılıb. 

Qeyd edək ki, Rusiya fevralın 24-dən Ukraynada hərbi əməliyyat keçirir. BMT-nin məlumatına görə, 285 gün ərzində Ukrayna münaqişəsi zamanı 6702 dinc sakin həlsk olub, 10479 nəfər yaralanıb.

Mənbə: Kommersant