​Bakıda hotelin çardağı yanıb

​Bakıda hotelin çardağı
15:45 06.12.2022
183 Hadisə
A- A+

Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 3888 m² olan altımərtəbəli otel binasının çardağının taxta atmaları və izolyasiya qatı 20 m² sahədə yanıb.

FHN-dən verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.