​Ərdoğan Azərbaycan-Türkiyə hərbi təlimlərinin məqsədini açıqlayıb

​Ərdoğan Azərbaycan-Türkiyə hərbi təlimlərinin məqsədini
16:40 06.12.2022
200 Siyasət
A- A+

Azərbaycanda bu gün birgə hərbi təlimlər keçirirdik. Bunun məqsədi istənilməyən, amma olan sıxıntıları birlikdə aradan qaldırmaqdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan əlavə edib ki, bu hərbi təlimlər bölgədə fərqli bir prosesləri canlandırır və Azərbaycan-Türkiyə qardaşlığını “Bir millət- İki dövlət” fəlsəfəsi ilə eyniləşdirir.

Türkiyə liderinin sözlərinə görə, oxşar addımlar bundan sonra da atılacaq.