​İmişlidə avtomobil piyadanı vuraraq öldürüb

​İmişlidə avtomobil piyadanı vuraraq
09:40 07.12.2022
162 Hadisə
A- A+

İmişli rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırma aparılır.

Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.