​“Akademik Xoşbəxt Yusifzadə” tankeri istismara verilib, Prezident İlham Əliyev mərasimdə iştirak edib

​“Akademik Xoşbəxt Yusifzadə” tankeri istismara verilib, Prezident İlham Əliyev mərasimdə
11:10 07.12.2022
A- A+

Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

ASCO-nun sədri Rauf Vəliyev dövlətimizin başçısına yeni nəsil tanker haqqında məlumat verib.