​Yunanıstan Azərbaycana yeni səfir təyin edib

​Yunanıstan Azərbaycana yeni səfir
11:20 07.12.2022
A- A+

Yunanıstan Azərbaycana yeni səfir təyin edib.

Bu barədə Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov "Twitter" hesabında bildirib.

“Bakıda çalışacaq yunanıstanlı həmkarım, səfir cənab Kristos Kapodistriasa can sağlığı və Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələrinin inkişafında uğurlar arzulayıram!”, - o qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Piperiqkos olub.