​İtkin düşən Naxçıvan sakininin meyiti tapıldı

​İtkin düşən Naxçıvan sakininin meyiti
11:50 07.12.2022
94 Hadisə
A- A+

İmişlidə kanaldan meyit tapılıb.

Mil-Muğan kanalının rayonun Xubyarlı kəndindən keçən hissəsində kişi meyiti aşkar edilib. İlkin araşdırmalar zamanı meyitin Naxçıvan MR Culfa rayon sakini, 1984-cü il təvəllüdlü Mahmud Məmmədova məxsus olduğu müəyyənləşib. Onun dekabrın 4-dən itkin düşmüş şəxs kimi axtarışda olduğu üzə çıxıb.

Müayinələr zamanı meyit üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Araşdırmalar davam etdirilir.

Mənbə: Qafqazinfo