​Binəqədidə mağazadan 8 min manatlıq geyim oğurlanıb

​Binəqədidə mağazadan 8 min manatlıq geyim
12:40 07.12.2022
80 Hadisə
A- A+

Binəqədidə oğurluq etdiyinə görə tutulan şəxsin daha bir analoji əməlinin üstü açılıb.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən olunub ki, saxlanılan-E.Əlimuradov və H.İsmayılov başqa bir mağazadan da oğurluq ediblər.

Həmin vaxt onlar mağazadan 950 manat pul və 8000 manat dəyərində geyim əşyaları aparıblar.

Faktla bağlı araşdırma davam edir.