​Krımda Yeni il atəşfəşanlığına qoyulan qadağa aradan qaldırılıb

​Krımda Yeni il atəşfəşanlığına qoyulan qadağa
12:58 07.12.2022
90 Dünya
A- A+

Krım hakimiyyəti Yeni il ərəfəsində pirotexniki vasitələrdən istifadəyə qoyulan məhdudiyyəti aradan qaldırıb. 

Bu barədə qubernator Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, müvafiq dəyişikliklər “Krım Respublikası ərazisində yaranmış fövqəladə vəziyyət təhlükəsi haqqında” fərmana edilib.

“Bununla belə, belə bir zamanda bayram tədbirləri keçirərkən müəyyən mənəvi çərçivələrə riayət etməyi vacib sayıram. Xüsusi hərbi əməliyyatda iştirak edən əsgərlərimizin cəsarəti və mətanəti sayəsində Krımın təhlükəsizliyi təmin edilir. Sakit işləmək, oxumaq, uşaq böyütmək və gələcək üçün planlar qurmaq imkanımız var. Vətəndaşlarımızın şüuruna və məsuliyyətinə ümid edirəm”, - deyə o, öz telegram kanalında yazıb.

Xatırladaq ki, Krım hakimiyyəti avqustun 31-də Ukraynada xüsusi hərbi əməliyyat başa çatana qədər respublika ərazisində pirotexniki məmulatların və pilotsuz uçuş aparatlarının istifadəsinə qadağa qoyub. Yarımadanın sərhədyanı ərazilərində terror təhlükəsinin “sarı” səviyyəsinin hərəkəti dekabrın 22-dək qüvvədədir.

Mənbə: Kommersant