​Bank kartı oğurlayan şəxs tutulub

​Bank kartı oğurlayan şəxs
13:50 07.12.2022
80 Hadisə
A- A+

Füzuli rayon sakininin bank kartının qeyri-aşkar şəraitdə oğurlanması və hesabından 2500 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan verilən xəbərə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xaçmaz şəhər sakini Oqtay Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.