​"Erməni silahlıları Ordumuzun Kəlbəcərdəki mövqeyini atəşə tutub" - MN

​
15:40 07.12.2022
94 Hərbi
A- A+

Dekabrın 7-si saat 12:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Ağqaya yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyi atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.