​"Rusiya "ciddi təklif" alacağı təqdirdə danışıqlar masasına gələcək" - Sergey Lavrov

​
16:48 07.12.2022
139 Dünya
A- A+

“Moskva "ciddi təklif" alacağı və Rusiyanın tələblərinin nəzərə alınacağı təqdirdə Ukraynadakı münaqişənin həlli üçün danışıqlar masasına gələcək”. 

Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

"Əgər indi tamamilə qanuni tələblərimizi yerinə yetirməklə bu münaqişəni necə dayandırmaq barədə ciddi təklif olsa, əlbəttə ki, biz danışmağa hazır olacağıq", - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Qərb ölkələrinin Rusiya ilə bağlı tribunalla bağlı təşəbbüsləri və Ukraynaya təzminat ödənilməsi qeyri-legitimdir. 

“Bu qəbildən olan heç bir qərarın heç bir hüquqi qüvvəsi yoxdur, o, hüquqi cəhətdən etibarsızdır. Nə Rusiyaya, nə də başqa ölkələrə məhdudiyyət qoymayacaq. Bu, sadəcə olaraq BMT Baş Assambleyasını, onun reputasiyasını və funksiyalarını gözdən salmaqdır”, - deyə o bildirib.

Mənbə: İnterfaks