​Hazard millidəki karyerasını başa vurdu

​Hazard millidəki karyerasını
18:15 07.12.2022
95 İdman
A- A+

"Real"ın və Belçika millisinin futbolçusu Eden Hazard yığmadakı karyerasını başa vurub.

Bu barədə 31 yaşlı hücumçu öz sosial şəbəkə hesablarında yazıb. Hazard bildirib:

“Bu gün son səhifəni çevirirəm. Sevginiz üçün təşəkkür edirəm. Misilsiz dəstəyinizə görə təşəkkür edirik. 2008-ci ildən bəri birlikdə keçirdiyimiz bütün gözəl anlar üçün minnətdaram. Bu gün millidəki karyeramı bitirmək qərarına gəldim. Gələcək nəsil artıq hazırdır. Mən sizin üçün darıxacağam”.

Qeyd edək ki, Hazard 2008-ci il noyabrın 19-da Belçika millisində debüt edib. Ümumilikdə, o, karyerasında 126 beynəlxalq oyun keçirib, 33 qol vurub və 36 qolun ötürməsini verib. Hazard 56 dəfə millinin kapitanı kimi meydana daxil olub. Hazard 2022-ci ildə Qətərdə keçirilən son dünya çempionatında Belçika millisinin hər 3 oyununda iştirak edib.