​Qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı saxlanılıb

​Qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı
19:00 07.12.2022
84 Hadisə
A- A+

Bakının Xətai rayonunda qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı saxlanılıb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, 1976-cı il təvəllüdlü İlqar Qəribov keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Raminə Qəribovanı çoxsaylı bıçaq xəsarətləri ilə öldürməkdə şübhəli bilinir.