​"Rusiyanın enerji daşıyıcılarına bel bağlamağa dəyməz" - Almaniya kansleri

​
11:28 08.12.2022
94 Dünya
A- A+

“Artıq Rusiyanın enerji daşıyıcılarına bel bağlamağa dəyməz. İndi biz uzunmüddətli perspektivdə Rusiya Federasiyasının enerji resurslarından müstəqil olmaq üçün lazımi qərarlar qəbul edirik”.

Bunu Almaniya kansleri Olaf Şolz deyib.

Olaf Scholz ümid edir ki, qaz qiymətləri gələcəkdə normallaşacaq. Eyni zamanda, onun sözlərinə görə, bu ilin fevralından əvvəl olan qiymət səviyyəsi ilə hesablaşmağa dəyməz.

Qeyd edək ki, Almaniya fevralın 24-dək ehtiyac duyduğu qazın təxminən 40%-ni Rusiyadan alırdı. Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Almaniya Rusiya qazını digər təchizatçılardan, əsasən də Qətərdən xammalla əvəz etməyə başlayıb. Noyabrın 29-da Almaniya hakimiyyəti Qatar Energy şirkəti ilə bir neçə il müddətinə mayeləşdirilmiş təbii qazın tədarükünə dair müqavilə imzalayıb. Almaniya LNG idxal etmək üçün üzən terminallar inşa edir. İlk belə terminal bir neçə həftədən sonra Almaniyada fəaliyyətə başlayacaq.

Mənbə: Kommersant