​“YAŞAT” Fondu 896 şəhid ailəsi üzvünün borcunun ödənilməsini təmin edib

​“YAŞAT” Fondu 896 şəhid ailəsi üzvünün borcunun ödənilməsini
11:50 08.12.2022
180 Sosial
A- A+

“YAŞAT” Fondu tərəfindən istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə 6 772 442.30 AZN vəsait xərclənib.

Bu Fondun rəhbəri Elvin Hüseynovun açıqladığı statistik rəqəmlərdə qeyd olunub.

Qeyd edilib ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 896, itkin ailə üzvlərinin 3 və yaralıların 1 299 müraciəti olmaqla ümumilikdə 2 198 müraciət təmin edilib.

Bundan əlavə, Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib.