​Apteklərdə aparılan yoxlamaların nəticəsi açıqlanıb

​Apteklərdə aparılan yoxlamaların nəticəsi
12:30 08.12.2022
331 Sosial
A- A+

Noyabr ayı ərzində aptek təşkilatlarında keçirilmiş yoxlamaların nəticəsi açıqlanıb.

Bu barədə Analitik Ekspertiza Mərkəzindən xəbər verilib.

Bildirilib ki, Bakı şəhəri üzrə 24, digər rayonlar üzrə 2 aptek olmaqla 26 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3, 452.4 maddələri üzrə ümumilikdə 3 protokol tərtib edilib.