​Tarixi DNT nümunələri 2 milyon əvvəlki həyatı üzə çıxartdı

​Tarixi DNT nümunələri 2 milyon əvvəlki həyatı üzə
12:58 08.12.2022
116 Maraqlı
A- A+

Alimlər dəniz həyatının genetik izlərini, o cümlədən fillərə bənzər mamontlar, karibu və qazlar, ağcaqayın və qovaq ağacları arasında gəzən at nalı xərçəngləri və yosunları aşkar ediblər.

Sözügedən araşdırma "Nature" jurnalında dərc olunub.

Araşdırmanı aparan Kopenhagen və Kembric universitetlərindən professor Eske Willerslev Arktika növləri ilə mülayim növlərin yan-yana yaşadığı bu qarışığın müasir dövrdə analoqunun olmadığını bildirib. Tədqiqat Qrenlandiyanın ən şimal hissəsindəki Kap København Formasiyası adlanan ərazidə aparılıb.

Komanda ətraf mühitin DNT-sinə (və ya eDNA) müraciət edib. Bu texnika hazırda təbii mühitin mühafizəsində geniş istifadə olunur. Məsələn, bir damla dəniz suyunda tapılan DNT-ni araşdırmaq, ayrı-ayrı heyvanları görməsəniz belə, okeanın bir hissəsində yaşayan bütün canlıları aşkar edə bilər.

Tədqiqatçılar o dövrün Erkən Buz Dövrünün biologiyasına baxmaq üçün qədim torpaq nümunələrindən istifadə edib. Onlar ağacların arasında böyüyən həmin dövrə aid kollar, otlar, qıjılar və mamırlarla dolu bir meşə ekosistemi tapıblar. Gəmiricilər, şimal maralları və qazlar kimi canlıların DNT-sinin kəşfi, eləcə də mamont DNT-sinin kəşfi isə sürpriz olub.

Prof. Willerslev BBC-yə bildirib ki, indiyə qədər heç kim Qrenlandiyada filə bənzər heyvan tapmayıb. İki milyon il əvvəl Qrenlandiyanın şimalı indikindən qat-qat isti idi.

Mənbə: BBC