​"Qarabağa qanunsuz səfərlərin təşkili və təbii sərvətlərin qanunsuz istismarı yolverilməzdir" - Baş prokuror

​
14:05 08.12.2022
122 Siyasət
A- A+

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Moskvada rusiyalı və erməni həmkarı ilə üçtərəfli görüşdə Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.

Baş prokuror 1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini bildirib.

Eyni zamanda, Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunduğu bildirib.