​"Bu rəqabət mühitinin və məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edəcək" - Emin Qəribli

​
14:28 08.12.2022
131 Ölkə
A- A+

Nazirlər Kabineti "Enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsi Qaydaları"nı təsdiq edib. Qərara əsasən, Energetika Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə qanunvericiliyin tələblərinə uyğun olaraq enerji istehlakı ilə əlaqədar məhsulların etiketlənməsinə dair texniki reqlamentlərin hazırlanması ilə bağlı tədbirlər həyata keçirməlidir.

Mövzu ilə əlaqədar olaraq enerji məsələləri üzrə ekspert Emin Qəribli Sulh.info.az-a danışıb:

“Məhsulların üzərində enerji istehlakı ilə əlaqədar məlumat qeyd olunmalıdır. Bu beynəlxalq təcrübədə geniş yayılmışdır. Azərbaycanda da beynəlxalq təcrübəyə əsaslanaraq, müvafiq qaydalar təsdiq olunub. Hər bir istehlakçı əldə etdiyi cihazın nə qədər enerji istifadə etməsi barədə geniş məlumatlı olmalıdır. Bəzən məhsulların etiketlənməsi ilə bağlı belə halların şahidi oluruq ki, məlumat ya xarici dildə, ya da müvafiq qaydalara uyğun olmayan şəkildə yerləşdirilib.

Hesab edirəm ki, ölkəmizdə bu qaydaların tətbiqi beynəlxalq məhsul istehlakı standartlarına uyğunlaşdırılması məqsədi daşıyır. İnanıram ki, bu rəqabət mühitinin yaxşılaşdırılmasına, məhsulların keyfiyyətinin artırılmasına və istehlakçıların hüquqlarının qorunmasına xidmət edəcək. Bu Azərbaycanda istehsalçıların inkişafına xidmət edən bir məsələ kimi müsbət qiymətləndirilir”.

Fidan Ali / Sulh.info.az