​Azərbaycanlı müğənniyə qarşı YARIM MİLYONLUQ DƏLƏDUZLUQ

​Azərbaycanlı müğənniyə qarşı
16:40 08.12.2022
113 Hadisə
A- A+

Tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluq olub.

Ayrı-ayrı vaxtlarda bir neçə şəxs ondan külli miqdarda pul mənimsəyib:

"Dörd il əvvəl müxtəlif xəstəxanalarda rəhbər vəzifələrdə çalışan Rauf, Rüfət, Mehparə, Şahin və Eldəniz adlı məmurlar iş görmək adı ilə məndən 500 min manatdan yuxarı pul alıblar. Onu da bildirim ki, bu şəxslərin bir-biri ilə əlaqələri var. Məsələ ilə bağlı polisə müraciət olunub. Hətta məndə maddi sübut kimi pul aldıqlarını etiraf edən səs yazıları da var. Hələ ki, bir nəticə əldə edə bilməmişəm. Həmçinin onların barələrində şikayət ərizələri də müvafiq polis şöbələrinə təqdim olunacaq".

Onu da qeyd edək ki, daha öncə Dəniz Əsədovanın evində xadimə işləyən qadının 21 min manatlıq oğurluq etdiyi anların kamera görüntüləri təqdim edilmişdi.

Mənbə: Lent.az