​Kukla Teatrının direktoru nazirliyin yoxlamasından narazıdır

​Kukla Teatrının direktoru nazirliyin yoxlamasından
17:20 08.12.2022
A- A+

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Mədəniyyət Nazirliyinin Teatrda apardığı yoxlama zamanı nazirlik nümayəndələrinin səlahiyyətlərindən sui-istifadə etdiklərini açıqlayıb.

Bu barədə teatrın direktor açıqlama yayıb. R.Əhmədzadə yoxlamanın gedişatından narazı qaldığını vurğulayıb:

“Yoxlamanın gedişatı, bu qədər uzun çəkməsi və yoxlama aparan şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi səbəbindən bu gün artıq ictimaiyyətə bu barədə məlumat verməyi məqbul hesab etdik. Bu gün bununla bağlı saat 18:00-da, Teatrda mətbuat konfransı təşkil edəcəyik”.