​Neft bahalaşıb

​Neft
09:25 09.12.2022
A- A+

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin fevral müqaviləsinin dəyəri 0,75% artaraq, 1 barelə görə 76,72 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,76% artaraq, 72 dollara bərabər olub.