​Bu həftə Bakıda hava necə olacaq?

​Bu həftə Bakıda hava
10:50 09.12.2022
334 Ölkə
A- A+

"Bu həftə hava əsasən, yağıntılı və soyuq keçəcək".

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, həftənin sonunadək Bakıda arabir yağış yağacaq:

“Həftənin sonunadək paytaxtda tutqun, arabir yağıntılı və soyuq hava şəraitinin davam edəcəyi gözlənilir. Ölkənin əsasən şərq rayonları hazırda Qazaxıstanın soyuq antisiklonunun təsiri altında olacaq, buna görə də hava şəraiti tutqun, fasilələrlə yağıntılı keçəcək”.