İngiltərənin baş naziri Rishi Sunak İtaliya və Yaponiya ilə 2035-ci ilə qədər süni intellektdən istifadə edəcək yeni döyüş təyyarəsi istehsal etmək üçün razılaşdıqlarını açıqlayıb.
Onun sözlərinə görə, birgə müəssisə Böyük Britaniyada minlərlə iş yeri yaradacaq və təhlükəsizlik sahəsində əməkdaşlığı yaxşılaşdıracaq. Yeni tip döyüş təyyarəsi Tayphoon tipli döyüş təyyarələrini əvəz edəcək. Eyni zamanda bu təyyarə Britaniya Tempest və Yaponiyanın FX döyüş təyyarələrinin xüsusiyyətlərini birləşdirəcəyi də açıqlanıb.
Qabaqcıl sensorlardan istifadə edərək məxfi şəkildə həddindən artıq sürətlənməsi planlaşdırılan döyüş təyyarələri, pilotlar həddindən artıq təzyiq altında olduqda və ya eyni anda birdən çox qərar qəbul etməli olduqları zaman süni intellektdən istifadə edərək pilota təkliflər verəcək, yəni onlar kimi hərəkət edəcəklər. Təyyarənin pilotun rəhbərliyi olmadan uça bilməsi və lazım gəldikdə hipersəs raketləri buraxması hədəflənir.
Mənbə: Trt haber