​Aİ və BMT İrana çağırış etdi: Edamları dayandırın

​Aİ və BMT İrana çağırış etdi:
11:18 09.12.2022
255 Dünya
A- A+

İranda Mahsa Əmini etirazları zamanı həb edilən nümayişçinin edamından sonra Aİ və BMT İnsan Haqları Şurası edamların dərhal dayandırılmasını tələb edib.

Belə ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell ofisi tərəfindən edilən yazılı açıqlamada, “Bu gün 23 yaşlı Muhsin Şikari İranda davam edən etirazlarla əlaqədar həbs olunduqdan sonra edam edilib. Avropa İttifaqı edamı ən sərt şəkildə pisləyir. Aİ İran hakimiyyətini ölüm hökmü tətbiq etməkdən çəkinməyə, gələcək edamlardan qaçmağa və ölüm hökmünün tamamilə ləğvi istiqamətində ardıcıl siyasət yürütməyə çağırır”, - deyə qeyd olunub.

BMT İnsan Haqları Şurasından verilən açıqlamada Şikarinin edamının kədərlə qarşılandığı bildirilib. “Daha 11 etirazçının edam cəzasına məhkum ediləcəyindən narahatıq. Biz edamları dərhal dayandırmağa çağırırıq. Ölüm cəzası insan hüquqlarına ziddir və yaşamaq hüququ ilə uzlaşa bilməz”, - açıqlamada yazılıb

Mənbə: CNN türk