​Parlamentdə gələn ilin dövlət büdcəsi müzakirə edilir

​Parlamentdə gələn ilin dövlət büdcəsi
11:15 09.12.2022
248 Ölkə
A- A+

Milli Məclisin iclasında 2023-cü ilin dövlət büdcəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.

“Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat təşkil edəcək.