"Twitter"lə bağlı yeni iddialar gündəmə gəlib.
Məlumata əsasən, "Twitter" əməkdaşlarından ibarət komandalar qara siyahılar yaradır, populyar olmayan tvitlərin trend olmasını əngəlləyir və bütün hesabların,hətta trend olan mövzuların görünməsini fəal şəkildə məhdudlaşdırır.
Sənədlərin yayımlanması şirkətin yeni baş direktoru İlon Mask tərəfindən sanksiyalaşdırılıb. O, bir neçə yüksək səviyyəli menecerləri işdən çıxarıb və "Twitter"in bəzi qərarlarını ləğv edib.
Mənbə: Trt haber