Qohumlarının xəbər ala bilmədikləri Bakı sakini onlara həyəcanlı anlar yaşadıb.
Onun yaşadığı ünvana cəlb edilən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri kanatla mənzilə daxil olaraq qapını açıblar. İçəri daxil olan qohumlar isə şəxsin, sadəcə, dərin yuxuda olduğunu görüb sakitləşiblər.
Qurum sözügedən əməliyyatın görüntülərini paylaşıb:
FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 11 yanğına çıxış, beş halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində altı nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları zamanı üç nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.