​Ağstafa rayon sakinindən üç kiloqram narkotik götürülüb

​Ağstafa rayon sakinindən üç kiloqram narkotik
14:00 09.12.2022
224 Hadisə
A- A+

Ağstafa rayon sakinindən üç kiloqram narkotik götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Ağstafa rayon sakini Şahin Nağıyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilə baxış zamanı oradan üç kiloqram 354 qram marixuana aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.