“Dəvə qripi” (Mers-cov) son zamanlar yenidən gündəmə gəlib.
“Dəvə qripi” ilk dəfə 2012-ci ildə Səudiyyə Ərəbistanında müşahidə edilib. Xəstələrin əksəriyyəti xəstəxanaya yerləşdirilib.
Xəstəlik, qızdırma, titrəmə, boğaz ağrısı və öskürək kimi əlamətlərlə özünü göstərir.
Virusun ölümcül ola biləcəyini ifadə edən Yoluxucu Xəstəliklər mütəxəssisi prof. İftihar Köksal, "Bütün müdaxilələrə baxmayaraq, ani tənəffüs çatışmazlığına səbəb olan, yüzdə 35-40 ölümlə nəticələnən çox ciddi klinik mənzərə yaradır”.
“Mers-cov” virusunun epidemiyaya səbəb olma ehtimalı azdır. Səudiyyə Ərəbistanına səyahət edənlərə dəvələrlə təmasdan çəkinmələri tövsiyə olunur.
Mənbə: Türkiye gazetesi