Azərbaycanda xəstəxananın baş həkiminə hədə-qorxu gələrək pul tələb ediblər.
Hadisə Ucar rayonunda baş verib.
Ucar rayon Mərkəzi Xəstəxananın baş həkimi Zeynal Bayramlı polisə müraciət edərək rayon sakini Bəxtiyar Kərimovun ona hədə-qorxu gələrək 1000 manat pul tələb etdiyini bildirib.
Daxil olan şikayət əsasında Ucar rayon polis şöbəsində araşdırma aparılır.