​"Qarabağ" və "Neftçi" azarkeşlərə görə cərimələnib

​
15:00 09.12.2022
223 İdman
A- A+

AFFA İntizam Komitəsi "Neftçi" və "Qarabağ"ı cərimələyib.

Hər iki klub Premyer Liqanın XVI turunda keçirilmiş Azərbaycan derbisində azarkeşlərin davranışlarına görə ziyana düşüb.

"Ağ-qaralar" fanatları təhqiredici ifadələr işlətdiyi üçün 4 min manat ödəyəcək.

"Köhlən atlar" isə tərəfdarların pirotexniki vasitədən istifadə etməsinə görə 800 manat məbləğində cərimələnib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə bitib.