Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Vörld TRT Beynəlxalq Konfransında 2023-cü ildə fars və ispan dilində (TRT Fars və TRT İspan – red.) kanalların açılacağını bildirib.
Rəcəb Tayyib Ərdoğan TRT-nin məqsədinin stereotiplərə meydan oxumaq və dünyaya doğru məlumat vermək olduğunu vurğulayıb.
Türkiyə prezidenti ölkəsinin hazırda dünyada ikinci serial ixracatçısı olduğunu deyib.